Tbilisi meriyası paytaxtda bələdiyyə nəqliyyatına məhdudiyyətlərin qoyulacağı ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, Koordinasiya Şurasının qərarına əsasən ictimai nəqliyyatın hərəkəti üç həftəlik dayandıracaq.
"Bu il avqustun 14 -dən sentyabrın 4 -dək Tbilisi bələdiyyə nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bu müddət ərzində bələdiyyə avtobusları və Tbilisi metrosu, həmçinin mikroavtobuslar və teleferiklər (kanatlar) sərnişinlərə xidmət göstərə bilməyəcək. Şuranın qərarına görə, məhdudiyyət şəhərlərarası nəqliyyata şamil edilməyəcək", - deyə meriyanın açıqlamasında bildirilir.
Bizim.Media