“Azərbaycan, Rusiya və Ermənistanın regional kommunikasiya infrastrukturunun blokdan çıxarılması üzrə üçtərəfli komissiyası Ermənistanda yeni hökumət formalaşdıqdan dərhal sonra fəaliyyətini bərpa edəcək”.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı ölkənin baş nazirin müavini Mqer Qriqoryanın ofisi açıqlama verib.
Xatırladaq ki, üçtərəfli komissiyanın işini dayandırması barədə məlumat iyunun 1-də açıqlanmışdı.
Bizim.Media