Müharibə zamanı və sonra Azərbaycan tərəfindən əsir götürülən erməni hərbçilərinin yaxınları ardıcıl olaraq ikinci gün hökumət binasının qarşısında olub və gecəni orada keçiriblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “panorama.am” saytında yer alıb.
Mənbə yazır ki, dinc aksiyanın iştirakçıları qardaş və oğullarının onlara nə vaxt qaytarılacağını Nikol Paşinyandan öyrənmək istəyirlər.
Xatırladaq ki, onlar ingilis və rus dillərində yazılan plakatlarla küçələrə çıxıblar.
Bizim.Media