Rusiya Federasiyasının cənubunda yerləşən Şimali Osetiyada xəstəxanada avadanlıqların sıradan çıxması nəticəsində yaranan oksigen çatışmazlığı səbəbindən 9 nəfər koronavirus diaqnozlu xəstə ölüb.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, hadisə Respublikanın Təcili tibbi yardımın klinik xəstəxanasında baş verib.
Bildirilir ki, tibb müəssisəsindəki oksigen sisteminin pozulması yeraltı borunun partlaması nəticəsində baş verib.
Bizim.Media