İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşan və əsir düşən erməni əsgərlərin valideynləri İrəvanda aksiya keçirir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “news.am” saytında yer alıb.
Mənbə yazır ki, etirazçılar Ermənistan hökuməti binası qarşısında toplaşaraq Baş nazir Nikol Paşinyandan və onun hökumətindən əsirlərin geri qaytarılması ilə bağlı düzgün məlumat tələb ediblər.
Eyni zamanda onların suallarına cavab verə bilən şəxslərlə görüş istəyiblər. Əraziyə təhlükəsizlik əməkdaşları cəlb edilib.
Bizim.Media