Türkiyədə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkesir-Edremit yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər dünyasını dəyişib. Onlardan 11-i hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.
Qəza nəticəsində 18 nəfər xəsarət alıb.
Bizim.Media