Laçında məskunlaşan erməni azərbaycanlılarla birgə yaşamaq istədiyini deyib.
Bizim.Media Sputnik Armenia-ya istinadən bildirib ki, Laçının kəndlərindən birində məskunlaşan erməni Gegan Harutyunyan azərbaycanlılar Laçına yerləşəcəyi təqdirdə də, buranı tərk etməyəcəyini söyləyib.
O azərbaycanlılarla birgə yaşamağa davam edəcəyini açıqlayıb.
1991-ci ildə Laçına köçdüyünü deyən Hartutyunyan burda qalmaqdan başqa çarəsinin olmadığını deyib:
"İkinci dəfə hara gedim? Yox. İstəmirəm, getməyəcəm. Ruslar qalsalar, qalacağıq. Getsələr də, qalacağam.
Azərbaycanlılarla birgə yaşamağa cəhd göstərəcəyəm. Niyə də ki, yox. Birgə yaşamağa çalışacağıq. Başqa çarə yoxdur" .
Bizim.Media