Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirilən brifnqdə bildirib.
O, bildirib ki, tərəflərin təmas xətti boyunca sülhməramlı əməliyyatların keçiriləcəyi bölgələrində vəziyyəti izləyən Rusiya sülhməramlı qüvvələrinin müşahidə postlarının yerləşdirilməsi başa çatıb.
Bundan əlavə, o, qeyd edib ki, Laçın dəhlizində ərazinin minalardan və partlayıcı maddələrdən tam təmizlənməsi işləri aparılır. Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi yoxlanılıb və minalardan təmizlənib.
Bizim.Media