İtkin düşən hərbçilərin valideynləri Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşürlər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Armenpress" agentliyi yayıb.
Paşinyanın köməkçisi Nairi Sarkisyan jurnalistlərə itkin düşən hərbçilərin valideynlərinin görüş tələb etdiyini deyib.
Onların sayına gəlincə, Nairi Sarkisyan bu anda 275 nəfər olduğunu bildirib:
“Noyabr ayına qədər 1000-dən çox itkin düşən var idi. Daha sonra DNT testləri ilə itkinlərin qalıqları aşkarlandı”.
O, 800-dən çox itkin düşən şəxsin cəsədinin müəyyənləşdirilərək basdırıldığını vurğulayıb.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisindən yayılan informasiyada isə itkin düşənlərin sayının 1.064 olduğuna diqqət çəkilib.
Daha əvvəl Nikol Paşinyan parlamentdə açıqlamasında 321 nəfərin itkin olduğunu demişdi.
Bizim.Media