Ermənistanın Lori bölgəsində 4,6 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ Türkiyənin şərqində, həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.
Bizim.Media