Mayın 20-də Göyçə mahalının (Geğarkunik vilayəti) Azərbaycanla sərhəd hissəsində atəş səsləri eşidilib.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti çıxış edib.
Onların versiyasına görə, bu gün saat 15:00 radələrində Azərbaycan hərbçiləri havaya bir neçə dəfə xəbərdarlıq atəşi açıblar.
Bundan sonra erməni əsgərlər də eyni addımı atıblar.
İnformasiya doğrudursa, hərbçilərimizin xəbərdarlıq atəşi ermənilərin mövqelərimizə doğru yaxınlaşması ilə bağlı ola bilər. Görünür, onlara təpik, şillə yetərli deyil, “dəmir yumruq”dan ötrü darıxıblar.
Bizim.Media