“İran "Ermənistan hakimiyyəti"ndən daha çox Zəngəzurun qayğısına qalır” – Erməni ekspert rəsmi Tehranın iç üzünü açdı

“Hələlik türk Kokol Pişçikoğlu (bu, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandır. Təəccüblənmək lazım deyil: artıq Ermənistanda çoxları onu sadəcə satqın deyil, məhz türk sayır) ilə Kremlin sözçüsü Dmitri Peskov arasında "Paşinyan Ermənistana Rusiya hərbi yardımının göstərilməsi barədə məktubla Putinə müraciət edibmi?" sualı ilə bağlı özünəməxsus "oyun" gedir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “yerkramas.org” saytında Ermənistanın müstəqil eksperti Sergey Şakaryants yazıb.

Onun sözlərinə görə, mayın 17-də Tiflisli erməni, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da nəsə deyib və bildirib ki, Rusiya sərhədlərin demarkasiyası üzrə işlərə kömək etməyə hazırdır. Üstəlik vurğulayıb ki, Ermənistanın Zəngəzur mahalındakı (Sünik) vəziyyətə görə emosiyaların qızışdırılması üçün əsas yoxdur.

“Ah, cənab Lavrov, siz necə də amansızcasına yalan danışırsınız! Sizin Smolensk meydanından fərqli olaraq “yerlərdə” bu, daha yaxşı görünür.  “Emosiyaları qızışdırmaq"la iş bitmir. Artıq bu, yalnız Ermənistan əhalisinin deyil, bütünlükdə dünya erməniliyinin haqlı narahatlığına səbəb olub. Mən əminəm ki, bunların sırasında sizin Rusiya vətəndaşları olan ermənilər də var”.

Rusiya XİN rəhbərliyi sadəcə mayın 16-da İran İslam Respublikasının Milli Təhlükəsizlik, Müdafiə və xarici siyasət komissiyasının sədri doktor Modjtaba Zolnurinin Ermənistanın sərhədləri ilə bağlı sərt bəyanatına tez reaksiya verməyi qərara alıb: 

"İran İslam Respublikasının mövqeyi çox aydın və qətidir: biz regionda heç bir dəyişiklik qəbul etmirik, region ölkələrinin ərazi bütövlüyü saxlanılmalıdır. Biz sərhədlərimizdə başqa regiondan olan qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir hissəsini götürmək istəsələr və sərhədlərimiz dəyişsə, onda bizim bu fonda yeni qonşumuz yaranar, bu, bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud olan sərhədlər müdafiə olunmalı, tamamilə qorunmalıdır". 

İran siyasi elitası daha necə deməlidir ki, şimal sərhədində heç bir "Zəngəzur dəhlizi"nə dözməyəcək.

Cənab Zolnurinin fikrini sərtləşdirək: İran öz şimal sərhədlərini dəyişdirməyə imkan verməyəcək, yəni İran nə Türkiyəyə, nə də Azərbaycana Ermənistan – İran sərhədi ətrafında qeyri-leqal "ticarətə" imkan verəcək. 

Hamı başa düşdümü ki, cənub qonşumuz zarafat etmir?

Yeri gəlmişkən, Paşinyanın marionet rejimi də sanki sevinib. Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyan İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami ilə danışıqlar apardıqdan dərhal sonra bildirib ki, Ermənistan Azərbaycanın addımlarına son qoymaq üçün dost İranın dəstəyinə ümid edir (Bizim bu dövlət quruculuğunun “Azərbaycan” adlandırılmasına haqqımız yoxdur, çünki yalnız bir Azərbaycan var və bu, Şimali İran əyalətləridir...). 

Son olaraq mayın 16-dan bəri qeyd olunan məlumatlara belə yekun vura bilərik:

1. İran izləyir.

2. İran zarafat etmir.

3. İran xəbərdarlıq edir.

4. Zəngəzur və Ermənistanın ərazi bütövlüyü haqqında suallarla bizi ləkələməyə və itirilən Qarabağı unutdurmağa çalışırlar.

5. Rusiya İranın Ermənistanla bağlı “Heç bir "Zəngəzur dəhlizi" açılmayacaq, rəsmi Tehran buna dözməyəcək. Bu işdə Azərbaycana əsas yardımı Türkiyə edir” açıqlamasından sonra ehtiyatlanıb.

Lavrova məsləhət görərdik ki, dərindən düşünsün və “sahibinə” İran təhlükəsizlik və müdafiə sisteminin “alovlu salamlarını” çatdırsın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahin Şıxlinskiyə qarşı 22 milyonluq İDDİA

Şahin Şıxlinskiyə qarşı 22 milyonluq İDDİA

Bakıda narkotacir belə tutuldu – ANBAAN VİDEO

Bakıda narkotacir belə tutuldu – ANBAAN VİDEO

Omar Muradov “Neftçi”nın transfer HƏDƏFİNDƏ

Omar Muradov “Neftçi”nın transfer HƏDƏFİNDƏ

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO

Autizmli ilk “Barbie” kuklası satışa çıxarıldı – FOTO

Xaçmazda 50 yaşlı kişinin meyiti tapıldı - ÖZƏL

Xaçmazda 50 yaşlı kişinin meyiti tapıldı - ÖZƏL

4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA

4 ildir çapı yubanan Orfoqrafiya lüğəti nə vaxt NƏŞR olunacaq? – RƏSMİ AÇIQLAMA

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ

Bakı metrosunda yeni tarif? – RƏSMİ AÇIQLAMA VERİLDİ

Yardımlıda gənc feldşer vəfat etdi - FOTO

Yardımlıda gənc feldşer vəfat etdi - FOTO

Ali Məhkəmədən müflis banklarla bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən müflis banklarla bağlı MÜHÜM QƏRAR

Bakıda yeni asfalt çəkilən ərazi bir gün sonra TAMAMİLƏ ÇÖKDÜ - FOTO

Bakıda yeni asfalt çəkilən ərazi bir gün sonra TAMAMİLƏ ÇÖKDÜ - FOTO

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Sumqayıtda AĞIR QƏZA – Avtomobil alovlara qərq oldu – VİDEO

Sumqayıtda AĞIR QƏZA – Avtomobil alovlara qərq oldu – VİDEO

Şagird yerdəyişməsi üçün SON GÜN

Şagird yerdəyişməsi üçün SON GÜN

Rusiya Xarkova zərbə endirdi - 4 ölü, 6 yaralı var - VİDEO

Rusiya Xarkova zərbə endirdi - 4 ölü, 6 yaralı var - VİDEO

Buzlar əridi, yeni münaqişə ÜZƏ ÇIXDI – ABŞ-la Avropa arasında gərginlik PİK HƏDDƏ

Buzlar əridi, yeni münaqişə ÜZƏ ÇIXDI – ABŞ-la Avropa arasında gərginlik PİK HƏDDƏ

ABŞ-dan sərt viza QƏRARI

ABŞ-dan sərt viza QƏRARI

Polis Göyçayda əməliyyat keçirdi – TUTULAN VAR - FOTO

Polis Göyçayda əməliyyat keçirdi – TUTULAN VAR - FOTO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Azərbaycanda bu universitetdə yoxlamalar aparılıb – RƏSMİ

Azərbaycanda bu universitetdə yoxlamalar aparılıb – RƏSMİ

“TikTok”da arvadına mesaj yazan sinif yoldaşını bıçaqladı

“TikTok”da arvadına mesaj yazan sinif yoldaşını bıçaqladı

Piyadanı vuraraq öldürən sürücü amnistiyaya düşdü

Piyadanı vuraraq öldürən sürücü amnistiyaya düşdü

End of content

No more pages to load

RADİO