Gürcüstan baş nazirinin qonşu ziyarəti - Qaribaşvili niyə tələsir? 

Gürcüstan baş naziri İrakli Qaribaşvili Bakının ardından İrəvana rəsmi səfərə yollanıb.  
Gürcüstan rəsmisi hər iki səfərində də qonşularla münasibətdə sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Buna görə də baş nazirin hər iki ölkəyə ardıcıl səfəri heç də təsdüfi deyil. Lakin Bakı səfərindən fərqli olaraq İrəvan səfərində daha fərqli məqamlar mövcuddur. 

İrəvan səfərində nəqliyyat əlaqələri tərəflər arasında əsas müzakirə mövzusu olub. Zəngəzur dəhlizinin açılmasının bölgənin nəqliyyat əlaqələrində mühüm dəyişikliklərə səbəb olacağını yaxşı başa düşən Gürcüstan öz logistik əhəmiyyətini qorumaq üçün yeni addımlar atmaq niyyətindədir. 

Mütəxəsislər Qaribaşvilinin səfərinin ən vacib zamanda baş verdiyini düşünürlər.

Bunun əsas səbəbi isə Gürcüstan baş nazirinin səfərinin Ermənistanda keçiriləcək seçkilərdən öncə baş verməsidir. Çünki Ermənistanda kimin hakimiyyətə gələcəyi qarşılıqlı münasibətlərə birbaşa təsir göstərəcək. Paşinyanın seçkilərdə əsas rəqibləri olan revanşist qüvvələrdən fərqli olaraq danışıqlara daha yatqın xarakterdə olması Qaribaşvilini tələsməyə vadar edib. 

Baş nazirin səfərlərinin əsas səbəbi isə bölgədə vəziyyətin dəyişməsinin ardından yeni logistika əlaqələrin qurulmasıdır. 

Ermənistan rəsmiləri ilə görüş zamanı  əsas müzakirə olunan məsələlərdən biri də, ölkələr arasında fəaliyyəti bloklanmış nəqliyyat qovşaqlarından istifadənin bərpa olunmasıdır. Bununla da, İran-Qara dəniz marşrutu üzrə yeni dəhliz yaranacaq və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələri şaxələnmiş olacaq. Zəngəzur dəhlizinin açılması ilə logistik imkanları məhdudlaşacaq Gürcüstan üçün yeni dəhliz bir növ kompensasiya rolunu oynayacaq. Bu səbəbdən də Azərbaycanı Naxçıvana birləşdirən nəqliyyat infrastrukturunun yaradılması prosesi başa çatana qədər Gürcüstan öz layihəsini həyata keçirməyi hədəfləyir. 

Lakin Gürcüstan tərəfinin məqsədinə nail olub-olmayacağı hələlik sual altındadır. Layihənin önündə duran əsas maneə isə Gürcüstanın düşmən münasibət bəslədiyi Rusiyadan icazəsiz Ermənistanın heç bir addım atmayacağıdır. Bu səbəbdən də yeni proyektin rəsmi Moskvanın maraqlarına cavab verməsi əsas şərtdir. 

Xatırladaq ki, Gürcüstan baş nazirinin mayın 5-də Bakıya rəsmi səfəri baş tutub. Bölgədəki vəziyyət və iki ölkə arasında münasibətlərin gələcəyi Azərbaycan rəsmiləri ilə görüş zamanı əsas müzakirə mövzusu olub.

Azərbaycan səfərindən bir həftə sonra-mayın 12-də isə İrakli Qaribaşvili Ermənistana rəsmi səfərə yollanıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

End of content

No more pages to load

RADİO