Zaxarovanın Paşinyana son xatırlatması – Nikolun söz oyunbazlığı NƏYƏ HESABLANIB?

Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar daha çox danışır, çeşid-çeşid açıqlamalar verir. Bu mənada onun son mətbuat konfransında səsləndirdiyi bir çox fikirlər təkcə regionda deyil, həm də beynəlxalq aləmdə ciddi etirazlara səbəb olub.

Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni baş nazirin son söz oyununu təhlükəli hal kimi dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova Paşinyana səsləndi: Sözlə oynamaq yaxşılığa aparmaya bilər – VİDEO


“Regionun çox sınaqlardan keçdiyini nəzərə alsaq, sözlə oynamaq yaxşılığa gətirib çıxarmaya bilər".

Bəs Paşinyan niyə söz oyunbazlığına başlayıb?

Erməni baş nazirin söz oyunbazlığının bir sıra səbəbləri var. Ən başlıcası odur ki, Ermənistan dalana dirənib. Bundan sonra kimlərlə birgə yol gedəcəyini ayırd etməkdə çətinlik çəkir. Əvvəllər Ermənistan Rusiyanın çətiri altında idi və ona görə də səslənilən istənilən fikir korrektə olunurdu. Amma bu gün Paşinyan Qərbə sığınır. 

Bundan narazı qalan Rusiya da tədricən Ermənistan üzərindən əlini çəkir. Bu da istər-istəməz Ermənistanı iqtisadi sıxıntıya salır. Çünki Qərb söz verir, vəd edir, amma konkret əmələ gələndə geri durur. İqtisadi problemlərin məngənəsində sıxılan Ermənistana isə hazırda şirin vəd yox, konkret yardımlar lazımdır. Axı, ölkənin borclanması hər ötən ay 100 milyon dollar artır. Ona görə də Paşinyan söz oyununa çıxaraq bəzi maraqlı tərəflərin nəbzini yoxlamaq istəyir. Bu cür danışıqlarla o dolayısı ilə “kto bolşe” stavkasını müəyyən etmək istəyir.

Xalqa çörək yox, söz verən baş nazir

Paşinyanın söz oyunbazlığı həm də daxili auditoriya üçün nəzərdə tutulub. Çünki Ermənistan iqtisadi labirintə girib. Bu labirintdən necə çıxacağı da bəlli deyil. Ona görə də erməni baş nazir xalqı inandırmağa çalışır ki, ondan asılı olan hər şeyi edir. Məsələn son açıqlamasında o bildirmişdi ki, “Ermənistan günü sabah Azərbaycanla avtomobil yollarını açmağa hazırdır”.

Və yaxud başqa bir detal. Paşinyan son müsahibəsində deyir ki, “Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram”.

Əslində bu tip bəyanatlarla Paşinyan xalqa ümid vermək istəyir ki, ölkənin rifahı üçün tələb olunan hər şeyə, hətta Azərbaycan Preezidenti ilə görüşməyə hazırdır. Amma Paşinyan Azərbaycanla hansı məsələləri müzakirə edəcəyini demir. Çünki onun müzakirə edəcək konkret təklifi və qəti mövqeyi yoxdur. 

Bununla belə, Paşinyan həm də elə fon yaratmaq istəyir ki, guya ondan asılı olan çox az şey var. 

Qərbə ötürülən mesajlar

Paşinyan son bəyanatları ilə həm Qərbə, həm də dünyaya müəyyən mesajlar ötürmək istəyir. O demək istəyir ki, Cənubi Qafqazda münaqişə sonlanmayıb, əksinə hər an alovlana bilər. Ermənistan da heç bir ilkin şərt olmadan sülh sazişi və kommunikasiyaları bərpa etmək istəyir. Guya Azərbaycanın məsələyə kompleks yanaşması məsələni “uzadır”. Münaqişənin uzanmaması üçün də “Qərbin Azərbaycana təzyiqi lazımdır”. 

Paşinyan əslində həddindən çox və məsuliyyətsiz danışır. Hətta onun fikirlərinin biri digərini təkzib edir. Bu da onunla bağlıdır ki, erməni baş nazir dövlətin və millətin yox, öz maraqlarından çıxış edir. Yəni Paşinyanın əsas hədəfi hakimiyyətinin ömrünü uzatmaqdır. Bunun üçün o lap şeytanla da iş birliyinə getməyə hazırdır. Ona görə də Paşinyanın eyni məsələ barədə fikirləri məkana və zamana görə dəyişir. 

Bu isə siyasi riyakarlıqdır. Məsələn Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb:

“Bəndlərdəki bir çox anlayışlar razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün bəndlərin əsasında sülh müqaviləsini imzalayaq”. 

Əgər 4 məsələ açıq qalıbsa, onda sülh sazişi necə imzalana bilər?! 

Görünən odur ki, Paşinyan özünü ya çox ağıllı sayır, ya da nə dediyinin fərqində deyil. Reallıq da onu göstərir ki, Paşinyan nə danışdığının fərqində deyil. Belə olmasa idi, söylədiyi fikirlərin məsuliyyətini dərk edər, boşboğazlıq etməzdi, hadisələrə reallığın gözü ilə baxardı. Çox təəssüf ki, Paşinyan bütün məsələlərə korporativ maraqların prizmasından boylanır. Ona görə də sülh danışıqları “acı bağırsaq” kimi uzanıb gedir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Bu 3 BÜRC zəhmətinin bəhrəsini görəcək

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi – FOTO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

Ölkəmizə gələn turistlərin yarısı bu 2 ölkə vətəndaşlarıdır

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

İsti duşdan sonra yaranan BU ƏLAMƏT xərçəngin göstəricisi ola bilər

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

Azərbaycanda smartfondan ən çox kimlər istifadə edir?

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

UEFA İnfantinonun namizədliyini dəstəkləməyəcək

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

Dostluqda etibarsız hesab edilən BÜRCLƏR

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

MİQ müsahibəsində hansı suallar verilir? - Namizəd AÇIQLADI

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

Azərbaycanda tərcüməçi müəmmalı şəkildə dünyasını dəyişdi

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

End of content

No more pages to load

RADİO