Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Nəşr Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyini yazır.
“A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq”,-deyə qeyd edilib.
Bizim.Media