Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanda rəsmi səfərdədir.
Bizim.Media “sputnikarmenia”ya istinadən xəbər verir ki, "Zvartnots" beynəlxalq hava limanında Gürcüstan nümayəndə heyətini qarşılanma görüntüləri yayımlanıb.
Xatırladaq ki, səfər çərçivəsində Qaribaşvilinin baş nazir əvəzi Nikol Paşinyan ilə geniştərkibli və təhbətək görüşü gözlənilir.
Bundan başqa Ermənistan XİN başçısı Ara Ayvazyan gürcü həmkarı Zalkaliani ilə görüşəcək.
Verilən məlumata görə iki ölkənin baş nazirləri ikitərəfli münasibətlərin inkişafı, əsasən iqtisadi sahədə əməkdaşlığı müzakirə edəcəklər.
Bizim.Media