Paşinyanın təyyarəsində gətirilən silahlar – İrəvanda vətəndaş müharibəsinə hazırlıq gedir 

Bir müddət əvvəl Gürcüstan gömrükçüləri Rusiyadan Ermənistana humanitar yardım adı altında gedən tırları, sərhəddən buraxmayaraq geri göndərib. Buna səbəb isə tırlarda olan 2 min ədəd gülləkeçirməyən gödəkçələr, əl qumbaralarının (qaz və.s) humanitar yardım sayılmaması oub.

Lakin gizli mənbələrin verdiyi məlumatlara görə, həmin o “humanitar yardım” Ermənistanın baş nazir əvəzi Paşinyanın təyyarəsi ilə İrəvana çatdırılıb. Həm də ermənilər bununla Beynəlxalq Mülki Aviasiya və Normaları haqda Çikaqo Konvensiyasını kobud şəkildə pozaraq qanunsuz yükü Gürcüstan üzərindən daşıyıb.

Belə ki, aprelin 29-da Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyində  iştirak etmək üçün  dövlət təyyarəsi ilə Kazana uçub. Az keçmədən isə erməni mətbuatı dövlət təyyarəsində nasazlıq yarandığını yayıb.

Nikol Paşinyan isə aprelin 30-da başqa bir təyyarə ilə Yerevana qayıdıb. Təyyarə isə Kazanda təmirə saxlanılıb. 

Məlumatlarda qeyd olunur ki, baş nazirin təyyarəsi Kazandan yalnız mayın 5-də uçub. Təyyarə havaya qalxdıqdan sonra saat 13:13-də Şimali Osetiyanın mərkəzi Vladiqafqaza qısamüddətli eniş edib və 4 saata yaxın orada qalıb. Daha sonra Gürcüstan üzərindən Yerevana gedib. İddia olunur ki, “humanitar yardım” da Vladiqafqazda yüklənərək məhz bu təyyarə ilə İrəvana çatdırılıb. Dünya mətbuatında Paşinyanın təyyarəsinin uçuş xəritəsinin görüntüləri də yayımlanıb. Buradan da görünür ki, reys Gürcüstan üzərindən həyata keçirilib.

Bizim.Media məsələlərlə bağlı politoloq Cümşüd Nuriyevdən izah istəyib. O, məsələni şərh edərkən bildirib ki, əslində Ermənistanda hazırda hakimiyyətsilikdir, qarşıda isə seçkilər var.

Paşinyan ölkədə baş verəcək vəziyyət üçün hazırlıq görür. Onun revanşistlərlə, hakimiyyətə can atan qüvvələrlə ciddi döyüşü gözlənilir. Bu tədarük də onun üçündür. 

Politoloq bildirir ki, əslində bu yükün xarakteriskası quru yolu ilə gətirilən zaman hələ Gürcüstanda olarkən açıqlanmışdı. Orada çoxlu zirehli görəkçələr, əlqumbaraları, (qaz və s.) vardı.

Onun sözlərinə görə, göründüyü kimi sadalanan bu hərbi yüklər çox güman ki, böyük masştaplı müharibəyə yox, ölkədaxili ixtişaşlar üçün nəzərdə tutulub. 

“Ermənistanda çox çirkli və təhlükəli oyunlar oynalınır. Orada gedən proseslərdən görünür ki,  çox ciddi və peşəkarcasına bir ssenari hazırlanıb. Ermənistanın keçmiş ombudsmanı Tanoyanın birdən –birə istefa verib baş nazir olmaq istəyi ilə gündəmə gəlməsi bunun bariz göstəricisidir. Bəzi qüvvələr Ermənistanda hökm sürən xaosdan istifadə edib, ölkə daxilində hakimiyyət uğrunda qarşıdurma yaratmaq niyyətindədir. Ona görə də özlərinə lazım olan dəstələri silahlandırmağa maraqlıdırlar. Bu əvvəlcədən düşünülmüş bir siyasi gedişdir. Birdən birə reanimasiyada olan ATƏT-in gündəmə gətirilməsi, Makronun çalışmaları, ABŞ-ın fəallığı da buna bir nümunədir”.

Cümşüd Nuriyev həmçinin İrəvana daşınan “humanitar yardım” iddiaları öz sübutunu taparsa, Azərbaycan tərəfinin mütləq şəkildə bəyanatla çıxış etməli olduğunu da deyib:

“Əgər onlar Gürcüstan hava sərhədini pozub bu yükü həqiqətən də İrəvana yollayıblarsa, bu ciddi bir ittihamdır. Bu iş sübuta yetirilsə, Azərbaycanın müvafiq orqanları xüsusilə Xarici İşlər Nazirliyi yükün daşınmasına yardım edən ölkələrə bəyanat verməlidir. Bu bir mənalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

End of content

No more pages to load

RADİO