Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümü Moskvada hərbi parad keçiriləcək.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, paradda 12 mindən çox hərbçi, 190-dan çox hərbi texniki vasitə, 76 helikopter və təyyarə iştirak edəcək.
Zəfər paradını Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov idarə edəcək. Ölkənin Müdafiə naziri, ordu generalı Sergey Şoyqu isə Rusiya Prezidenti Vladimir Putinə məruzə edəcək.
Dövlət başçısının nitqindən və bir dəqiqəlik sükutdan sonra qoşunların təntənəli yürüşü başlayacaq.
Bizim.Media