İranda son sutkada koronavirus infeksiyasına 18 409 yoluxma faktı aşkarlanıb, 338 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da İranda yoluxanların sayı isə 2 milyon 610 018, pandemiya qurbanlarının sayı isə 73 906 nəfərə çatıb.
Bu günə kimi 2 milyon 57 min 692 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Bizim.Media