Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 2002-ci il təvəllüdlü Artem Melkonyan döyüş mövqeyində güllələnib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Qeyd olunur ki, mayın 4-də axşam saat 20:00-da cənub istiqamətində yerləşdirilən hərbi hissələrdən birinin döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirən çağırışçı əsgər həmkarı tərəfindən güllələnib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media