Ermənistan parlamentinin sədri Ararat Mirzoyan rəsmi İrəvanın mövqeyindən çıxış edərək bildirib ki, dünya Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Armenpress" agentliyi yayıb.
Mirzoyan parlamentin iclasında deyib ki, azərbaycanlılar təmir işləri adı altında Şuşadakı xristian kilsəsinin görünüşünü dəyişdirirlər.
“Düşünürəm ki, Qarabağ ermənilərinin Azərbaycan daxilində təhlükəsiz yaşaması qeyri-mümkündür və dünya ermənilərin öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır”, deyə Mirzoyan qeyd edib.
Spiker mövzu ilə bağlı Ermənistan Respublikasının tutduğu mövqedə heç bir dəyişikliyin olmadığını deyib.
Erməni deputata xatırlatmaq istərdik ki, Qarabağın status məsələsi çoxdan gorbagor olub. Bunu Azərbaycan lideri İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib.
Bizim.Media