Ermənistan parlamenti 3 may tarixində Baş nazirin seçilməsi məsələsini müzakirə etdikdən sonra keçirilən xüsusi iclasda Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini dəstəkləməyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
Mənbə yazır ki, Paşinyanın namizədliyini yalnız 1 deputat dəstəkləyib. 3 deputat əleyhinə səs verib, 75 deputat isə bitərəf qalıb.
“Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.
Beləliklə, erkən seçkilərin təyin edilməsi prosesi başlanıb. Parlament bir həftə içində yenidən baş nazir seçməsə, buraxılacaq və seçkilər rəsmi olaraq təyin ediləcək.
Qeyd edək ki, Ermənistanda erkən parlament seçkilərinin iyun ayının 20-də keçirilməsi gözlənilir.
Bizim.Media