Avropa İttifaqı (Aİ) “xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimi dayandıra bilər.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski MOVEMENT portalına müsahibəsində bildirib.
“Biz Gürcüstanla viza rejiminin liberallaşdırılması barədə razılığa gəldik, lakin müəyyən şərtlərlə. İndi bu şərtlərin hələ də qüvvədə olub-olmadığını yoxlamaq lazımdır”, - deyə səfir qeyd edib.
Bizim.Media