“Sərhəd sülhün simvoludur. Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə mühafizə edə biləcəklər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasından sonra
Rusiya sülhməramlılarının Tavuşdakı postlarını tərk edəcəklərini bildirib:
“Rusiya sülhməramlıları müəyyən vəziyyətlə əlaqədar orada idilər. amma indi durum əhəmiyyətli dərəcədə dəyişib”.
Bizim.Media