Gürcüstanın paytaxtı Tbilisi şəhərində atışma olub, üç nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, şahidlər yaralılardan birinin başından, ikisinin isə çiynindən güllə yarası aldığını söyləyiblər.
“Mən atəş səsini eşitdim. 5-6 dəfə atəş açıldı. Qonşu mənə dedi ki, güllə atan başından, özünü müdafiə edən iki nəfər isə kürəyindən yaralanıb”, - şahid qeyd edib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Bizim.Media