Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı tərəflər Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər.
Rusiya və İran XİN rəhbərləri regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın yüksək səviyyədə saxlanmasına sadiq olduqlarını təsdiqləyiblər.
Bizim.Media