Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 4 hərbçi ölüb bir neçə yaralı var:
“Aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.
Məlumatlar dəqiqləşdirilir”.
Bizim.Media