Azərbaycanın ərazi bütövlüyünü tanımaqla faktiki olaraq Ermənistanın ərazi bütövlüyünü tanıdıq.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan tarixən bu ölkələrin (Azərbaycan və Türkiyə nəzərdə tutulur) əhatəsində olan ölkədir. Onların ərazi bütövlüyünü tanımırsansa, öz ölkənin varlığını da tanımırsan:
“Onlar bizi bu vəziyyətə gətirdilər və nəticədə özümüz də ölkəmizin suverenliyinə xələl gətirdik”.
“Heç kim tarixi Ermənistanı məndən çox sevmir, amma mən tarixi Ermənistanı əsl Ermənistandan daha çox sevməkdən imtina edirəm” deyə o, şikayətlənib.
Bizim.Media