Revanşizmin OYANIŞI – Ermənistanın sərhəd təxribatlarının arxasında hansı güclər DAYANIR?

Son günlər Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə atəşkəs tez-tez pozulur. Təbii ki, bir qayda olaraq atəşkəsi Ermənistan tərəfi pozur. Bu da o deməkdir ki, Ermənistan sülh istəmir. 

Daha doğrusu, bəzi xarici qüvvələr Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı deyillər. Ona görə də həmin qüvvələr əllərində olan rıçaqlardan istifadə edərək, erməniləri təxribatlara sövq edirlər. 

Maraqlıdır ki, Azərbaycan Müdafiə Nazirliyinin təxribatlarla bağlı məlumatları çox zaman Ermənistan tərəfi qəbul da etmir. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Ermənistan tərəfdən atəşə tutulması ilə bağlı yaydığı məlumatları mütəmadi olaraq təkzib edir.

Bu cür yalan və iftiraların özü belə Ermənistanın qeyri-ciddi olmasını göstərir. Çünki bir qayda olaraq təxribatları ermənilər törədir. Azərbaycan isə həmin təxribatlara cavab verir. 

Avropa İttifaqının müşahidə missiyası niyə susur?

Məlumdur ki, 2022-ci ildən Ermənistanda Aİ-nin mülki missiyası var. Həmin missiya Ermənistanla Azərbaycan arasındakı təmas nöqtələrindəki prosesləri “izləyir”. Amma nə təsadüfdürsə, həmin missiya baş verən təxribatlar barədə inadkarcasına susur. Bu günə kimi Aİ missiyasının atəşkəsin pozulması ilə bağlı hər hansı bir hesabatına rast gəlməmişik. 

Bu da o deməkdir ki, Aİ-nin missiyası Ermənistana təmas xəttində müşahidə aparmaq üçün yox, başqa niyyətlə gəlib. Ona görə də həmin missiya erməni təxribatlarını görməzlikdən gəlir və susur.

Atəşkəsin pozulması kimlərə sərf edir?

Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəməyən bütün dövlətlərə atəşkəsin pozulması sərf edir. Maraqlı dövlətlər çalışır ki, Cənubi Qafqazda müharibə yenidən alovlansın və bu münaqişədən istifadə edərək regional maraqlarını reallaşdırsınlar. Çox təəssüf ki, belə maraqlı dövlətlər kifayət qədər çoxdur. 

Həmin dövlətlər üzdə hər iki dövlətin ərazi bütövlüyünü və suveren hüquqlarını tanısa da, əsl həqiqətdə bunu istəmir. Bu təkcə Azərbaycana qarşı yox, Ermənistana münasibətdə də özünü göstərir. Çünki böyük dövlətlər digər dövlətlərin azad, müstəqil və firavan yaşamasını istəmir. 

Qlobal güclər çalışır ki, bütün dövlətlər bu və ya digər şəkildə onlardan asılı olsunlar. Bu asılılıq hesabına da həmin dövlətlər daha rahatlıqla idarə olunsan. Rahat idarə olunan dövlətlərinsə var-dövlətləri  tədricən qlobal güclər tərəfindən istismar edilir. Bununla bağlı kifayət qədər anoloji fakt göstərmək olar. 

Ermənistan alətdir...

Amma bizim üçün önəmli olan anoloji hadisələr deyil, Azərbaycanın dövlət və milli maraqlarıdır. Məlumdur ki, 44 günlük müharibədə və ondan sonrakı proseslər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. Məhz bundan sonra Azərbaycan ortaya yeni mövqe qoydu. 

Təbii ki, müstəqil və böyük iqtisadi-maliyyə imkanlarına malik Azərbaycanın siyasəti qlobal güclərin maraqlarına cavab vermir. Ona görə də Azərbaycanı durdurmağın ən asan yolu kimi qlobal güclər Ermənistan faktorunu görürlər.  Və bunu heç gizlətmirlər də. Bu gün Ermənistan nəinki Qərbin, hətta İranın əlində Azərbaycana qarşı istifadə olunan bir alətdir. 

Halbuki, Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Azərbaycanın tək istədiyi regonda davamlı sülhün olması və kommunikasiyaların inkişafıdır. Ötən 4 ildə Azərbaycan dəfələrlə bunu Ermənistanın siyasi hakimiyyətinin diqqətinə çatdırıb. Lakin bütün zamanlarda onun-bunun qoltuğuna sığınan Ermənistan özündə cəsarət tapıb Azərbaycanla birbaşa dialoq getmir. 

Təbii ki, bu məsələdə maraqlı qüvvələr də var. 

Qərb rəsmi İrəvanı inandırıb ki, Azərbaycanla birbaşa dialoqa girsə, çox güzəştlər verə bilər. Bu “güzəştlər”in qorxusundan da rəsmi İrəvan dialoqdan qaçır. Vasitəçilərin iştirakı ilə danışıqlara getmək istəyir. Amma Paşinyan unudur ki, heç bir vasitəçi tərəfsiz və maraqsız deyil. Vasitəçilər onlara uyğun olan sülh sazişi istəyir. Üçüncü tərəfin maraqlarına xidmət edən sazişsə heç zaman ədalətli və uzun ömürlü ola bilməz.

Ona görə də Azərbaycan Ermənistanla tərəfsiz və birbaşa dialoq istəyir. Heç bir vasitəçini istəmir. Maraqlı qüvvələrsə Azərbaycanı bu qətiyyətindən döndərmək üçün müxtəlif yollardan, o cümlədən təxribatlardan istifadə edir. Guya ki, müharibə bitməyib və hər an yenidən alovlana bilər və s. Ona görə də Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə davamlı olaraq atəşkəs pozulur.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

End of content

No more pages to load

RADİO