Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və onun müxalifətçi həmkarları (Armen Gevorkyan, Aspram Krpeyan, Arman Kazaryan, Mqer Melkonyan, Armen Rustamyan, Mqer Saakyan, Artur Sarkisyan), o cümlədən sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan parlament müxalifətinin təşəbbüsü ilə Azərbaycan sərhədinin delimitasiya məsələsi ilə bağlı keçirilən qapalı müzakirəyə buraxılmayıb. Hakim fraksiyadan olan deputat David Karapetyan da zaldan çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı parlamentin spikeri Alen Simonyan yayıb.
Onun sözlərinə görə, onların məxfi materiallara çıxışı yoxdur.
Simonyan qalan deputatlardan telefonlarını təhvil vermələrini tələb edib.
Bizim.Media