Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O bildirib ki, Mirzoyan MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasına qatılmayacaq. Badalyan qərarın səbəblərini açıqlamayıb.
Bizim.Media