“Ermənistan rəhbərliyi erməni xalqının sahib olduğu Avropa meyllərini rəhbər tutacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ Şurasının nümayəndə heyəti ilə görüşdə bildirib.
Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri belə şərh edib: “Ermənistan Respublikası sülhü əldə etmək imkanından istifadə etməyə hazırdır. Bu, sülh müqaviləsinin əsas məsələləri üzrə qarşılıqlı razılaşmanın mövcudluğunu, xüsusən də ərazi bütövlüyünün tanınmasının qarşılıqlı təsdiqini və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiyanı nəzərdə tutur”.
Bizim.Media