Türkiyə XİN-də Türk Dövlətləri Təşkilatı Departamenti yaradıldı

Türkiyə Xarici İşlər Nazirliyində (XİN) struktur islahatları çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Departamenti yaradılıb. Türk dünyasının əhəmiyyətini nəzərə alaraq yaradılan Departamentin səlahiyyətlərinə türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi daxildir.

Bizim.Media xəbər verir ki, dəyişikliklərin həyata keçirilməsi məqsədilə Türkiyə Xarici İşlər Nazirliyinin nizamnaməsinə, əsasnamələrinə və digər hüquqi sənədlərinə dəyişiklik edilib.

“İslahatlar Türkiyənin maraqlarına, sabitliyinə və təhlükəsizliyinə maksimum töhfə vermək, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək, xaricdə Türkiyə vətəndaşlarının maraqlarını səmərəli müdafiə etmək istəyini əks etdirir”, - deyə Türkiyə XİN-dən bildirilib.

Bununla bağlı Xarici İşlər Nazirliyinin coğrafi meyara görə ayrı-ayrı departamentlərinin yaradılması qərara alınıb. Eyni zamanda, ayrı-ayrı bölgələrin və ölkələrin əhəmiyyətini nəzərə alaraq bəzi dövlətlər üzrə idarələr də yaradılıb.

Məsələn, Amerika ölkələri Departamenti ilə yanaşı, Latın Amerikası ölkələri üzrə ayrıca idarə yaradılıb.

Eyni zamanda, Asiya ölkələri Departamenti ilə yanaşı, İran və İraq şöbəsi də yaradılıb.

Həmçinin Beynəlxalq Vasitəçilik İdarəsi yaradılıb ki, bu da ziddiyyətlərin və münaqişələrin həlli sahəsində mütəxəssisləri bir araya gətirmək imkanı verəcəkdir.

Türkiyə XİN-in Viza və Miqrasiya idarələri vahid strukturda birləşdirilib.

Xarici Siyasət Xidmətinin nəzdində Elm və Texnologiyalar Siyasəti Departamenti yaradılıb ki, bu da Ankaranın elmi sahədə diplomatik əlaqələr qurmaq istəyini əks etdirir.

Türkiyə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin adı dəyişdirilərək Dövlət Diplomatiyası və Strateji Əlaqələr İdarəsi adlandırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Depressiyanın daha bir fəsadı MƏLUM OLDU

Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDI

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib - FOTO

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

İran hələ də sonuncu kartını əlində saxlayır - Bu, dünya üçün hansı təhlükə yaradır?

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

End of content

No more pages to load

RADİO