"Aprelin 5-də Brüsseldə gözlənilən üçtərəfli görüşə Rusiya kifayət qədər sərt reaksiya verib. Ermənistan tərəfinin isə buna cavabı gecikməyib. Görünür, bu “məsuliyyətli məsələ” parlamentin sədri Alen Simonyana həvalə edilib".
Bizim.Media xəbər verir ki, bu fikirlər "Hraparak.am" saytında yer alıb.
Mənbə eyni zamanda spikerin H1 telekanalının efirində dediklərini də xatırladıb: "Rusiya Ermənistan dövlətçiliyini diz çökdürmək vəzifəsini qarşısına qoyub".
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bütün bunları yalan adlandırıb.
Erməni saytı yazır ki, Paşinyan da Alen Simonyanın yolu ilə gedərək Ermənistan-Rusiya münasibətlərinə son qoymağa və bir neçə dovşan öldürməyə çalışır. Nəticədə isə o, Rusiya Federasiyasından sərt reaksiya gələcəyi təqdirdə Alen Simonyanı “qurban” verəcək. Və deyəcək ki, bu, onun şəxsi fikridir.
Əks halda isə Paşinyan bütün erməni-rus körpülərini yandıraraq Qərbin qucağına qaçacaq.
Bizim.Media