"Ermənistan Respublikası olaraq Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını səmimi qəlbdən istəyirik. Diplomatik əlaqələrin qurulmasını, insanlar və mədəniyyətlər arasında təmasların artırılmasını istəyirik" dedi.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Anadolu” agentliyinə Türkiyə ilə normallaşma prosesi ilə bağlı danışarkən deyib.
Mirzoyan Ermənistan Türkiyə ilə arasında normallaşma prosesi üçün xüsusi nümayəndələr təyin edildiyini, xüsusi nümayəndələrin üz-üzə və telefonla əlaqə saxladığını xatırladıb.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışıqlarının olduğunu bildirib:
"Daimi əlaqə var və bunlar müsbət dinamika təmin edir."