“Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib. Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını açıqlamasını gözləyir, onlar özləri buna qərar verməlidirlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrov bildirib ki, KTMT-nin Qarabağ məsələsində Ermənistanı tərk etməsi ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil.
Bizim.Media