“Moskva İrəvanın Rusiya Federasiyası ilə münasibətlərin korlanması istiqamətində siyasət yürütmək qərarına görə təəssüflənir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib.
“Nədənsə Ermənistan hakimiyyəti hesab edir ki, öz həyatlarını və gələcəklərini tarixən onlarla həmrəy olan ən yaxın qonşuları və xalqlarla əməkdaşlıqda deyil, dostlarına qarşı çıxanlarla qurmalıdırlar”.
Qeyd edək ki, ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci Kanal”a müsahibəsində bildirib ki, əvvəlki illərdə razılaşdırılmış sənədlərə görə, Rusiya Ermənistanın təhlükəsizlik üzrə tərəfdaşıdır:
“Lakin mexanizm işləmir. Rusiya bizə lazımi silahları vermədi və beləcə biz yeni tərəfdaşlar axtarmağa başladıq”.
Bizim.Media