Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Mirzoyan rəsmi “X” hesabında yazıb.
"Antaliyada Diplomatik Forum çərçivəsində Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar ilə regiondakı son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
O, Praqada, daha sonra 2023-cü ilin oktyabrında Qranadada dördtərəfli bəyanatda əksini tapmış prinsipləri vurğuladı ”, - Mirzoyan qeyd edib.
Bizim.Media