Qərbin TƏXRİBAT PLANI – Fransa Ermənistanı növbəti savaşa hazırlayır

Qərb dayanmaq istəmir. Ukrayna-Rusiya cəbhəsindəki məğlubiyyəti unutdurmaq üçün alternativlər axtarır. Çox təəssüf ki, bu alternativlər içində onlar üçün ən əlverişli görünən bölgə Cənubi Qafqazdır. Çünki bu bölgənin ən zəif bəndi olan Ermənistan Qərbin çətiri altına girib və onlardan gələn istənilən tapşırığı da yerinə yetirməyə canla-başla hazırdır.

Oğru elə bağırdı ki…

Təsadüfi deyil ki, Qərb mediasında və siyasi dairələrində anti-Azərbaycan isterikası güclənib. Guya ki, Azərbaycan Ermənistanla yeni müharibəyə başlamaq istəyir. 
 

MÖVZU İLƏ BAĞLI:

Makron: “Rusiyanın qalib gəlməməsi üçün Ukraynaya qoşun yeridə bilərik” – VİDEO


Bunun üçünsə davamlı şəkildə atəşkəsin guya “Azərbaycan tərəfindən pozulması” yalanı tirajlanır. 

Məlum olduğu kimi, son 15 gündə təmas nöqtələrində mütəmadi olaraq atəşkəs pozulur. Hər dəfə də atəşkəsin Azərbaycan tərəfindən pozulduğu fonu yaratmağa çalışılır. Baxmayaraq ki, Azərbaycan faktlarla bütün dünyaya göstərdi ki, fevralın 12-dəki təxribatın günahkarı kimdir. 

Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyimiz bəyan etdi ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.

Fransanın region qarışdırmaq planı

Bu tip faktlar qarşısında Ermənistan susmaq, atəşkəsə əməl etmək əvəzinə Fransanın təzyiqi ilə gərginliyi artırmaq istəyir.

Maraqlıdır ki, Fransa təkcə Ermənistanın siyasi hakimiyyətini müharibəyə təşviq etmir, həm də sadə ermənilər arasında təbliğatı genişləndirir ki, “Ermənistan üçün ən böyük təhdid Azərbaycandır”. 

Təbii ki, bu təbliğat kampaniyasında Qarabağdan könüllü şəkildə gedən ermənilərlə iş ümumi prosesdə qırmızı xətt kimi önə sürülür. Qərb hər vəchlə erməniləri inandırmaq istəyir ki, hələ heç nə bitməyib, ermənilər gec-tez Qarabağa qayıdacaqlar. Təbii ki, bu cür iddialar revanşist qüvvələrə əlavə imkanlar yaradır. 

Əslində isə Fransa Ermənistanı açıq müharibəyə hazırlayır. 

Məqsədsə Ermənistanın əli ilə regionda münaqişə yaradıb, Cənubi Qafqazda möhkəmlənməkdir.

Fransa plan cızır ki, nəyin bahasına olursa-olsun atəşkəsin pozulması halları genişmiqyaslı döyüşlərə çevrilsin və bu dəfə Ermənistan Azərbaycana aid hansısa yüksəklikləri ələ keçirsin. Bu hesaba da həm ermənilərin “qələbə ruhu”nu geri qaytarsınlar, həm də Azərbaycanı çətin duruma salsınlar.

Bir müddət əvvəl mediada Fransanın Ermənistanı hərbi təxribatlara hazırlaması haqda yayılan xəbərlər də bunu sübut edir. Hədəf isə Ermənistanın qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməsi və bununla da danışıqlar prosesində onun mövqelərinin gücləndirilməsidir.

Fransanın ikinci başlıca hədəf isə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Ermənistanın əsas sahibinə çevrilməkdir. Fransa müdafiə naziri Sebastyan Lekornunun İrəvana səfərindən sonra Paşinyanın Ermənistanın KTMT-də fəaliyyətini dondurmasını elan etməsi də bunun sübutudur. 

Fransa-Ermənistan dialoqunun pərdəarxası

Nəzərə alaq ki, Nikol Paşinyanın Fransa səfərindən sonra bu çirkin kampaniya daha geniş miqyas alıb. Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Bununla da Fransa daşnaklarla və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışıb. 

Rəsmi Parisin məqsədi odur ki, bütün qüvvələr müvəqqəti olsa da birləşsin və eyni hədəfi vursunlar. Təbii ki, Makron bunun üçün də öz vədlərini verib, müəyyən öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də Ermənistanın silahlandırılmasıdır. 

Fransa Ermənistanı silahlandırmaq üçün yeni Yol Xəritəsi hazırlayıb. Makron hökümətinin planına görə yeni hərbi texnika Gürcüstan və İran üzərindən Ermənistana çatdırılacaq. Təbii ki, bu məsələdə Hindistanın da imkanları yaddan çıxarılmayıb. Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların Ermənistana ötürülməsi, fransız hərbçilərin Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçməsi də Makronun planlarına daxildir.

Fransa meydanda tək deyil.

Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaqda Qərb Fransanı hər vasitə ilə dəstəkləyir. Sadəcə Qərbin Cənubi Qafqazdakı bədnam planının “moderatoru” Fransadır. Belə olmasa idi, Aİ özünün 400-dən artıq müşahidəçisini Azərbaycanla sərhəddə yerləşdirməzdi. 

Qarlı-şaxtalı havada həmin “müşahidəçilər” Azərbaycan haqda kəşfiyyat məlumatlarının toplamaqla yanaşı, şərti sərhəddə gərginliyin artmasında da rol oynayırlar. Təbii ki, Qərb bu məsələdə anoloqu olmayan "binokl diplomatiyası"ndan və “turist”lərdən istifadə edir. 

Müşahidəçilərin sayının artmasından sonra davamlı olaraq, Azərbaycanın bütün sərhədboyu ərazilərində təxribatlar törədilir. Hətta Naxçıvanla sərhəddə mövqelərimiz atəşə tutulur. Təxribatların coğrafiyasının genişləndirilməsinin də tək səbəbi odur ki, Ermənistan cəmiyyətində Azərbaycanofobiya daha da güclənsin. Qorxu içində yaşayan ermənilər Ermənistan hökumətindən və Qərbdən “müvafiq” tədbirlərin görülməsini tələb etsin.

Ermənilərin tarixi missiyası məhz budur…

Xarici güclər tarix boyu ermənilərdən regionda öz çirkin məqsədlərini reallaşdırmaq üçün istifadə ediblər. Hələ Ermənistan dövləti yaranmamışdan, erməni toplumu hər zaman böyük güclərin “maşa”sı rolunu oynayıblar. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində, xüsusilə də, Birinci Dünya Müharibəsi dönəmində ermənilərin Osmanlıya qarşı üsyanları, qətliamları da məhz Fransa başda olmaqla xarici güclərin planı ilə reallaşmışdı.

Elə ötən əsrin sonlarına doğru Qarabağda separatizm probleminin alovlanması, Ermənistan-Azərbaycan münaqişəsi də məhz xarici güclərin oyunu idi. 

Qarabağ münaqişəsi artıq bitsə də, Qərbin planları bitmir. Yenə də tarix təkrar olunur, yenə də ermənilərdən oyuncaq kimi istifadə olunur. Lakin tarixi təcrübə də göstərir ki, bu cəhdlər əbəsdir. Azərbaycan regionun əsas gücü olduqca, Qərbin çirkin planlarının həyata keçməsi də mümkün deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

End of content

No more pages to load

RADİO