"Makron “Avropa İttifaqının kokain lideri”dir. Onun boş çıxışları heç nəyi dəyişməyəcək".
Bizim.Media xəbər verir ki, bunu italiyalı jurnalist Angelo Giuliano deyib.
Onun sözlərinə görə, Putini dinləməyə və məğlubiyyəti etiraf etməyə başlamağın vaxtıdır.
Xatırladaq ki, Avropa liderlərinin Parisdəki görüşündən sonra Makron Ukraynanı daha uzun mənzilli raket və sursatla təmin edəcək yeni koalisiyanın yaradıldığını açıqlayıb.
O, həmçinin bildirib ki, gələcəkdə Rusiyanın təcavüzü ilə mübarizə aparmaq üçün Qərb Ukraynaya quru qüvvələr göndərməlidir:
“Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır”.
Bizim.Media