Fransanın Ermənistana yeni silahlar göndərməsi Türkiyənin Qara dənizdə nəzarəti artırmasını labüdləşdirir – TƏHLİL 

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan bu həftə Fransaya rəsmi səfər edib. Səfər çərçivəsində Paşinyan faktiki olaraq Rusiya ilə bütün bağları qopardığına işarə edən bəyanatlar səsləndirib. Erməni baş nazir ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu, eyni zamanda Rusiyanın Ermənistanda bir neçə ay əvvəl çevriliş hazırladığını deməkdən belə çəkinməyib. Nikol həmçinin yaxın zamanlarda sülh müqaviləsinin imzalamayacağının da anonsunu verib.

Paşinyanın sədaqətinin “mükafatı”

Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Paşinyan səsləndirdiyi fikirlərə görə “mükafat”ını da alıb. Daha dəqiq desək, Nikol yuxarıda qeyd etdiyimiz fikirləri elə həmin “mükafat”ların qarşılığında səsləndirmişdi. Bu xidmətinin qarşılığı olaraq, erməni baş nazirə verilən “hədiyyə” isə Fransa silah-sursatları oldu.

Belə ki, fevralın 22-də “France24”də Nikolun bölgədə sülhü təhdid edən bəyanatlarla dolu müsahibəsi yayımlandı. Bir gün sonra isə əvvəlcədən planlaşdırıldığı kimi Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvana təşrif buyurdu.

Lekornu İrəvanda erməni həmkarı Papikyanla birgə Fransanın Ermənistana silah-sursat satışını özündə əks etdirən sənədlərə qol çəkdilər. Üstəlik, Lekornu Ermənistanda Fransanın daimi hərbi müşavirinin olacağını, hətta Parisin İrəvana yaxın və orta mənzilli raketlər verə biləcəyini də elan etdi. Bir sözlə, Fransa Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, bu məqsədinə nail olmaq üçün də Ermənistanı təxribatlara çəkmək niyyətini açıq ortaya qoydu.

Silahlar Ermənistana necə gətiriləcək?

Hazırda bizim üçün əsas maraq doğuran məsələlərdən biri məhz bu sualın cavabıdır. Xatırladaq ki, ötən ilin payızında Fransa Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərini göndərmişdi. Həmin texnikalar Qara dəniz vasitəsilə Gürcüstana, oradan da Ermənistana çatdırılmışdı. Yəqin ki, indi də silahların oxşar marşrutla Ermənistana daşınması planlaşdırılıb. 

Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin şimal hissəsi yük daşımaları üçün “qara zona” halına gəlib. Xüsusilə də, Qərbdən göndərilən silah-sursatı indiki vəziyyətdə Rusiyanın nəzarətində olan sulardan daşımaq kimi ağılsız addımı heç kim atmaz. Belə olan halda, silahların Qara dənizin mərkəzi hissəsindən daşınacağı ən real variant kimi görünür. 

Belə olan halda...

Fransız silahlarının Ermənistana daşınmasının coğrafi cəhətdən qarşısını ala biləcək iki ölkə var: Türkiyə və Gürcüstan. 

Bu məsələdə “zəncirin zəif halqası” Gürcüstandır. Çünki fransızlar “Bastion”ları Ermənistana göndərəndə Gürcüstan buna səs çıxarmamışdı. Bəllidir ki, Qərbin təzyiqləri və ya şirnikləndirici vədləri Tiflisi susmağa məcbur etdi. Amma Gürcüstan da artıq səhvlərindən nəticə çıxarmalı və Qərbin yalan vədlərinin onları daha əvvəl nə hala saldığını unutmamalıdırlar.

Rəsmi Tiflis onu da anlamalıdır ki, Gürcüstanın əsas müttəfiqi Fransa yox, Azərbaycandır. Bu ölkənin iqtisadiyyatı da faktiki olaraq Azərbaycandan asılıdır.

Qardaş Türkiyə Qara dənizdə nəzarəti gücləndirəcək?

Şübhəsiz ki, Ermənistanın Fransadan göndərilən silahları Azərbaycana qarşı istifadə edəcəyi hər kəsə məlumdur. Türkiyənin Azərbaycanın hərbi-strateji müttəfiqi olması isə təkcə aramızdakı qardaşlıq bağları ilə yox, həm də Şuşa bəyannaməsi ilə təsdiq olunub. 

Buna görə də, qardaş ölkənin Qara dənizdə sayıqlığını daha da artırması labüdləşib. Çünki Fransa və Ermənistan arasında dünən imzalanan müqavilə silah daşınmasının davamlı xarakter alacağını deməyə əsas verir. 

Dahi rus ədibi Çexovun da dediyi kimi, “Tamaşanın ilk pərdəsində divardan silah asılıbsa, növbəti pərdələrdə mütləq ondan istifadə olunacaq”. Yəni, Ermənistan davamlı şəkildə silahlanırsa, mütləq şəkildə onlardan istifadə edəcək. Özü də Azərbaycana qarşı...
Ona görə də, Türkiyə yəqin ki, Qara dənizdə nəzarəti artırmaqla Azərbaycana qarşı gələcək təxribatların qarşısını indidən almağa çalışacaq. Çünki ehtiyat igidin yaraşığıdır. Bu gün Fransanın Ermənistanı silahlandırmasına göz yumsaq, sabah daha böyük təxribatlarla üzləşə bilərik...

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

İran ən yüksək əskinasını dövriyyəyə buraxdı

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD

End of content

No more pages to load

RADİO