“Ermənistan Rusiyaya qarşı beynəlxalq sanksiyaları tətbiq edən ölkələrlə münasibətlərə xələl gətirməmək üçün onlara əməl edir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.
Paşinyan bildirib ki, İrəvanın sanksiyalara qoşulub-qoşulmamaq kimi vahid rejimi yoxdur: “Amma digər tərəfdən, mövcud sanksiyaları ona görə nəzərə alırıq ki, əməl etməsək, bu, sanksiyalar tətbiq edən ölkələrlə münasibətlərimizə təsir edəcək. Və həmin ölkələrlə əlaqələr bizim üçün olduqca vacibdir”.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara Qərbin təzyiqi altında qoşulmur.
Bizim.Media