Ermənistanda sərhədi saxta sənədlə keçmək istəyən Türkiyənin iki vətəndaşı saxlanılıb.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar Gürcüstandan Baqrataşen nəzarət buraxılış məntəqəsi vasitəsilə keçmək istəyiblər.
İlkin dindirilmədə məlum olub ki, saxta sənədləri hazırlamaqda onlara Ermənistan vətəndaşı yardım edib.
Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb, onlara kömək edən erməni barəsində isə həbsqətimkan tədbiri seçilib.
Bizim.Media