İrəvanda Rusiya səfirliyinin binası qarşısında müxalifət lideri Aleksey Navalnının xatirəsinə aksiya keçirilib.
Bizim.Media xəbər verir ki, etirazçılar səfirlik binasının yerləşdiyi küçə boyu toplaşaraq, şam yandırıb, küçəyə çiçəklər düzüblər.
Aksiya iştirakçıları Navalnının ünvanına şüarlar səsləndirib, xatirəsini alqışlarla yad ediblər.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.
2023-cü ilin avqustunda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs verilib. Müxalifətçi ona qarşı irəli sürülən bütün ittihamları siyasi adlandırıb.
Bizim.Media