Regionun geosiyasi mənzərəsini DƏYİŞDİRƏCƏK LAYİHƏ – Bütün yollar Azərbaycandan KEÇİR…

Yaxın zamanda regionda vahid enerji şəbəkəsi yaradılacaq. Bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov ötən gün danışıb. O bildirib ki, Rusiya-Azərbaycan-İran-Ermənistan enerji körpüsünün yaradılması ilə bağlı danışıqlar aparılır. Diplomat aydınlaşdırıb ki, pik yüklənmə zamanı elektrik enerjisi hər üç istiqamətdə bu körpü vasitəsilə veriləcək.

"Elektrik enerjisinin mübadiləsi və nəqli Rusiya, Ermənistan, Azərbaycan və İran arasında həyata keçiriləcək”.

Səfir onu da qeyd edib ki, İran XİN rəhbərinin Rusiya Federasiyası ilə birgə enerji layihələrini müzakirə etmək üçün Moskvaya gedəcək. 

Enerji mübadiləsi yeni məsələ deyil. 

Uzun illərdir ki, Azərbaycan həm İranla, həm də Rusiya ilə enerji mübadiləsi həyata keçirir. Yay aylarında Azərbaycan həm İrana, həm də Rusiyaya elektirik enerjisi satır. Əvəzində isə qış aylarında həmin ölkələrdən elektrik enerjisi alır. 

Nəzərə alaq ki, Azərbaycanın İrana ixrac etdiyi elektrik enerjisinin bir qismini İran Naxçıvana ötürür. Təkcə 2016-cı ildə İran və Azərbaycan arasında yeni 330 kilovoltluq 52 kilometrlik elektrik ötücü xətləri istismara verilib.

Bunun hesabına da İran və Azərbaycan elektrik enerjisi mübadiləsini 200 meqavatdan 500 meqavata çatdırılıb.

Araz çayı üzərində tikilmiş və hökumətlərarası sazişə görə 2024-cü ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan Xudafərin və Qız-qalası elektrik stansiyaları elektrik enerji mübadiləsinin həcmini xeyli artıracaq. Həmin stansiyalarda 280 meqavat elektrik enerjisi istehsal ediləcək. İstehsal edilən elektrik enerjisi isə iki ölkə arasında bərabər miqdarda, yəni 140-140 meqavat olmaqla bölünəcək.

Azərbaycanla Rusiya arasında böyük ölçüdə elektrik enerjisi mübadiləsi həyata keçirilir. Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər çoxdan aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxronlaşdırılmasıdır. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.

Ermənistan da layihəyə qoşulur?

Köhnə olan məsələdə yeni olan və xüsusi diqqət çəkən məqam Ermənistanın bu üçlüyə qoşulmasıdır. Məlumdur ki, Ermənistan həm Rusiyadan, həm də İrandan elektrik enerjisi alır. Bu siyahıya Azərbaycanın da əlavə edilməsi olduqca maraqlıdır.

Çünki Ermənistanla Azərbaycan arasında münaqişə bitsə də, sülh sazişi hələki imzalanmayıb. Ona görə də bu iki ölkə arasında hansısa mübadilədən söhbət etmək hələ çox tezdir. Amma maraqlıdır. Maraqlı cəhət təkcə Ermənistanla Azərbaycan arasında aparılacaq enerji mübadiləsi deyil. Bu təşəbbüs həm də ona görə maraqlıdır ki, bu ideya Rusiya və İrandan gəlib. Bu da o deməkdir ki, Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasında Rusiya və İran da maraqlıdır. Bu da ciddi faktordur. 

Gec də olsa bəzi qonşularımız anladı ki, iqtisadi çətinliklərin aradan qaldırılması birgə səylərdən və mehriban qonşuluqdan keçir. Halbuki, Rusiya və İran 2020-ci ilin 8 dekabrında Azərbaycanın təklif etdiyi 3+3 platformasına qarşı çıxış etmişdilər.

Bir müddət sonra Rusiya bu layihədə Gürcüstanı, İransa Türkiyəni görmək istəmədiyini bəyan etdi. Lakin zamanla həm Rusiya, həm də İran anladı ki, Azərbaycanın təklif etdiyi format ən ideal platformadır. 

Bundan sonra Rusiya bu platforma çərçivəsində yeni təkliflərlə çıxış etdi. Həmin təkliflərdən biri də Astara-Rəşt dəmir yolunun Rusiyanın maliyyə dəstəyi ilə inşa edilməsidir. Çünki Qərbin iqtisadi sanksiyalarından əziyyət çəkən həm İran, həm də Rusiya Azərbaycanla Türkiyənin yardımına və açdıqları dəhlizlərə ehtiyacları var. Ona görə də hazırda Rusiya və İran 3+3 ideyasının reallaşmasına çalışır. 4 region ölkəsi arasında enerji körpüsünün yaradılması da bu ideyadan qaynaqlanır.

Bütün hallarda maraqlı layihədir. Əgər bu layihə reallaşsa, onda regionda yeni geosiyasi mənzərə yaranacaq. Bu da region dövlətlərin maraqlarına tam uyğundur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Hərbçimiz Laçında minaya düşdü

Hərbçimiz Laçında minaya düşdü

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

Acun Ilıcalı yeni kanallar ALACAQ

Acun Ilıcalı yeni kanallar ALACAQ

“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

End of content

No more pages to load

RADİO