Avropa İttifaqı və Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işə başlamaq qərarına gəliblər.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
O, Ermənistanı Aİ ilə vizasız rejimə nail olmaq yolunda dialoqa başlamaq üçün islahatlar aparmağa çağırıb.
Borrel Ermənistanı ayrı-seçkilik və dezinformasiya ilə mübarizəni davam etdirməyə çağırıb və qeyd edib ki, Aİ yaxın gələcəkdə Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əlaqələri də dərinləşdirmək niyyətindədir.
Bizim.Media