Ermənistan Respublikasının eks-prezidenti Robert Köçəryanın oğlu deputat Levon Köçəryan ölkənin İstintaq Komitəsinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb.
Köçəryan qeyd edib ki, bu, ona qarşı sentyabrın 22-də başlanmış “siyasi təqib işi” ilə bağlıdır: “Bir müddətdən sonra onların ( İstintaq Komitəsinin) hansı “sürpriz” hazırladıqları məlum olacaq”.
Bizim.Media