“Biz İrana mümkün qədər aydın mesaj göndərməliyik ki, onlar proksi qüvvələri vasitəsilə etdiklərinin qəbuledilməz olduğunu bilsinlər”.
Bizim.Media xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Kemeron “Sunday Times” qəzatinə müsahibəsində deyib.
“Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla söhbət etdim. Dedim ki, proksi qüvvələri sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz”, - deyə Kemeron əlavə edib.
Bizim.Media