“Biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi 2024-cü ilin birinci yarısında bağlana bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə “Fitch Solutions” ("Fitch Group"un bir hissəsi) reytinq agentliyinin analitikləri məlumat yayıblar.
Analitiklər qeyd ediblər ki, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan regional təhlükəsizliyini gücləndirib:
“İnanırıq ki, sülh sazişində Naxçıvan eksklavına aparan Zəngəzur dəhlizinin yaradılması üzərində Azərbaycanın nəzarətini gücləndirən müddəalar yer alacaq”.
Bizim.Media