Türkiyədə son sutka ərzində 253 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 55 min 791 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 745 min 657, pandemiya qurbanlarının sayı isə 33 min 454 nəfərə çatıb.
Türkiyədə indiyədək 3 milyon 268 min 678 pasiyent (son sutkada 35 786 nəfər) sağalaraq evə buraxılıb.
Bizim.Media